İnşaat və əmlak

Gömrük də binasını "özü tikdirir": sədrdən açıqlama

Dövlət Gömrük Komitəsinin inzibati binasının tikilməsi Komitənin büdcədənkənar Fondu tərəfindən maliyyələşdilir. Komitə sədri Səfər Mehdiyevin sözlərinə görə, binanı tikmək üçün dövlət büdcəsindən pul götürülmür. 

Eləcə də bax: Səfər Mehdiyevdən 700 milyon manat kəsir məsələsinə - MÜNASİBƏT

"Gömrük orqanları yeni infrastruktur layihələri həyata keçirir. Son illər tikilən infrastruktur layihələri büdcədən kənar fondların hesabına reallaşdırılıb. İllər üzrə 7-15 milyon manat arası tikinti işlərinə vəsait xərclənib. Bu xərclər qanunvericiliyə, satınalma qaydalarına uyğun aparılır və Maliyyə Nazirliyinin icazəsi ilə həyata keçirilir.

Eləcə də bax: Yaşı 5-dən yuxarı olan avtomobillərin ölkəyə gətirilməsi qadağan oluna bilər

Komitənin büdcədən kənar fonduna Maliyyə Nazirliyi nəzarət edir. Bu bina lazımdırmı, bəli lazımdır. 10 kvadratda 7-8 nəfər əməkdaşımız oturur. Bir neçə idarə, baş idarəmiz icarədə oturur. Bu gün rəqəmsallaşma, texnologiyaların inkişafı dönəmində informasiya resursları ilə məşğul olan, analitik təhlillər aparan əməkdaşların beyinlərinin aparatda olması qaçınılmazdır".

S.Mehdiyev bildirib ki, binanın tikintisinin ödənişi hissə-hissə olacaq. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)