Səfər Mehdiyevdən 700 milyon manat kəsir məsələsinə - MÜNASİBƏT
"Dövlət Gömrük Komitəsini heç bir hüquq mühafizə orqanı yoxlamayıb və 700 milyon manat kəsirimizin olması tamamilə uydurmadır". Bunu Komitənin sədri Səfər Mehdiyev deyib.
ENA.az xəbər verir ki, Komitə sədri bu məlumatların qurumun nüfuzuna xələ yetirmək məqsədi daşıdığını vurğulayıb.
"Son 3 ildə 6 milyard manata yaxın əlavə vəsait ortaya qoymuşuq. 2016-cı ildə 2 milyard manat fərq vardı. Bu devalvasiyanın nəticəsi deyil. Onsuz da hər il yoxlayırlar, bu gün gəlsinlər yoxlasınlar. Ticarət etdiyimiz ölkələrə yazırıq ki, gələn statistikamızı yoxlayaq, eyniləşdirək. Bu islahatları görməyənlər onsuz da kordur. Toplama-çıxmanı bilmirlər, heç olmasa, bizim faizlərimizə baxsınlar. Orta tarif çəkisi, nələr hansı rüsumlara cəlb edilir, bu məlumatları açıqlayırıq".