Elm və Texnologiya

Xiaomi Azərbaycanda satışlarını artırır, Samsung satışları isə azalır

Azərbaycanın mobil qurğular bazarında “Samsung”un payı fevral ayında 44.05 % təşkil edib.

ENA.az “Global Stats” statistika mərkəzinə istinadən xəbər verir ki, yanvar ayı ilə müqayisədə  Azərbaycanın mobil qurğular bazarında “Samsung”un bazar payı 0.66% azalıb.

Bu dövrdə  “Xiaomi” şirkətinin daxili bazar üzrə məhsullarının payı isə 32.95 % təşkil edib ki, ötən ilin dekabr ayı ilə müqayisədə bu göstərici 1.5% çoxdur.

Üçüncü yerdə isə  bazar payı 13.68 % olmaqla “Apple” şirkətinin məhsulları qərarlaşıb ki,  bu şirkətin Azərbaycan üzrə bazar payı yanvar ayı ərzində 1.04% azalıb.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)