"Puta-Əyirici"nin adlı səhmləri Bakı Fond Birjasında açıq satışa çıxarılacaq
"Puta-Əyirici" ATSC-nin adi, adlı səhmləri "PSG Kapital" ASC-nin müraciətinə əsasən Bakı Fond Birjasında (BFB) alternativ bazar seqmentində açıq satışa çıxarılacaq.
BFB-dən "BI"yə bildirilib ki, səhmlərin minimal satış qiyməti 1.00 AZN, ticarətə buraxılan qiymətli kağızlarının sayı 560 070 ədəddir. Qiymətli kağızların alışı, sifarişlərinin BFB-nin ticarət sistemində qeydiyyatı 2019-cu il yanvarın 9-da həyata keçiriləcək.
BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) "Üzvlər" bölməsində yerləşdirilib.