Aqrar

Azərbaycan yanvarda xaricdən gübrə alışını 10 dəfə artırıb

Cari ilin yanvar ayında ölkəyə 33 054.90 ton gübrə idxal edilib.

ENA.az  Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən gübrənin dəyəri 7 447.74 min ABŞ dolları olub.

Ötən ilin eyni dövründə ölkəyə dəyəri 1 360.97 min dollar olmaqla 3 332.33 ton gübrə idxal edilib.

Belə ki, gübrə idxalı məbləğ ifadəsində 5.5 dəfə, miqdar ifadəsində isə 10 dəfə artıb

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)