ENA+

Ermənistan Rusiyanın köməyi ilə ordu islahatları aparacaq - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasını keçirib.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, orduda aparılacaq geniş islahatların anonsunu verib.

“Bu gün müdafiə nazirinin başçılığı altında orduda islahatları nəzərdə tutan işçi qrupun yaradılması barədə sərəncam verəcəm. Bu prosesdə təhlükəsizlik sahəsində 1 nömrəli müttəfiqimiz Rusiya ilə sıx əməkdaşlıq edəcəyik”-deyə Paşinyan əlavə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)