Kanada vergi sistemi
Kanadanın vergi sistemi özlüyündə dövlətin ərazisində vergi və yığımların səmərəli toplanışını təmin edən məcmu alətlərdən və metodlardan ibarətdir.
"BI" xarici KİV-lərə istinadla bildirir ki, Kanada vergi sistemi üç səviyyəyə bölünür: yerli, əyalət və federal. Son iki səviyyə dövlət xəzinəsinə bütün vergi daxilolmalarının 90 faizini təşkil edir. Gəlirdən vergilər isə dövlət büdcəsinin əsas hissəsini təşkil edir. Əyalət səviyyəsində gəlirlər bir neçə hissədən ibarətdir. Bunlar satış, aksiz, icarədən gələn vergilər, lisenziya verilməsi zamanı yığımlar, gəlirlər və kapitaldan tutulan vergilərdən ibarətdir.
Kanadada ən yüksək vergi növü gəlir vergisidir. Onun məbləği gəlirlərin həcmindən asılıdır. Daşınmaz əmlakdan tutulan vergi, əldə olunan əmlakın dəyərinin 1 faizindən 2 faizinədək təşkil edir. Bu vergi ildə bir dəfə ödənilir. Həmin vergi təkcə mülkiyyət sahibləri tərəfindən deyil, həm də daşınmaz mülkiyyət icarəçiləri tərəfindən də ödənilir.