Ermənistanda etirazçılar universitet binasına basqın etdi - VİDEO
Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər universitet binasına basqın ediblər.
Ermənistan KİV-i yazır ki, onlar Yerevan Dövlət Universitetinin binasına daxil olublar.
Məlumata görə, aksiya iştirakçıları tələbələri etirazlara qoşulmağa çağırırlar.
Etirazçıların digər qismi isə Ermənistan Dövlət İqtisad Universitetinə daxil olmağa çalışsa da, polis onların qarşısını kəsib.