Ermənistan Azərbaycana şərt İRƏLİ SÜRDÜ
Ermənistan xarici işlər naziri Ara Ayvazyan Qarabağla bağlı növbəti qərəzli açıqlama verib.
ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, sülh danışıqları aparmaq üçün Azərbaycana şərt irəli sürüb.
“Bütün əsirlər qaytarılmayınca, Qarabağla bağlı sülh danışıqları bərpa oluna bilməz”-deyə Ayvazyan söyləyib.
O, Qarabağın yekun statusunun müəyyənləşdirilməsini region üçün ən əhəmiyyətli məsələ hesab edir.