Hadisə

"Kristal Abşeron"un yeni tikilən binasında fəhlə özünü asıb

"Kristal Abşeron"un yeni tikilən binasında çalışan fəhlə özünü asaraq intihar edib.

ENA.azxəbər verir ki, hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən "Kristal Abşeron"un yeni tikilən binalarının birində baş verib.

Həmin binada fəhlə işləyən, 1975-ci il təvəllüldlü Rauf Təhmasib oğlu Məmmədov özünü yeni tikilidə asaraq intihar edib. Məlumata görə, həmin binada yaşayış yoxdur, onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları cəlb olunub.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)