Azərbaycan məhsulları Türkiyə bazarına güzəştli şərtlərlə çıxacaq

"Türkiyə ilə Preferensial Ticarət Sazişinin martın 1-dən qüvvəyə minməsi iqtisadi-ticarət əlaqələrimizi daha da genişləndirəcək".
Bunu İqtisadiyyat Naziri Mikayl Cabbarov "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib.
"Saziş bir sıra məhsullarımızın Türkiyəyə güzəştli şərtlərlə - gömrük rüsumu ödəmədən ixracına imkan yaradacaq", - deyə o, qeyd edib.