"Bank Respublika" işçi axtarır - VAKANSİYA
“Bank Respublika” ASC Sumqayıt filialına “Hesab üzrə mütəxəssis (Sumqayıt filialı)” vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə qarşı tələblər:
• Ali təhsil;
• İş təcrübəsi: əməliyyat sahəsində minimum 1 illik iş təcrübəsi;
• Azərbaycan dili-əla (yazılı və şifahi );
• Komputer bilikləri. Microsoft Office Programs (Word, Excel);
• Yüksək ünsiyyət bacarığı;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.
Ümumi vəzifə öhdəlikləri:
• Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
• Bankın müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formalarını, əmanət kitabçalarını rəsmiləşdirmək;
• Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
• Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
• Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
• Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
• Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Sizə nə təklif edirik?
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 23 dekabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Hesab üzrə mütəxəssis (Sumqayıt filialı)” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.
• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.