BİZNES

İlon Mask yenidən dünyanın ən varlı adamı oldu

Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask, dünyanın ən varlı insanları sıralamasında yenidən birinci yerə çıxıb.

ENA.az “TASS”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Verilən məlumata görə, Maskın sərvəti hazırda 199.9 milyard dollar təşkil edir. Bu, “SpaceX” şirkətinin təxminən 850 milyon dollar qazanması və kapitallaşmasını təqribən 74 milyard dollara yüksəltməsi fonuna baş verib.

Beləliklə, İlon Mask yenidən “Amazon”un qurucusu Ceff Bezosu qabaqlayır. Qeyd edək ki, Ceff Bezosun sərvəti 194.2 milyard dollardır.

2020-ci ilin yanvar ayında Mask dünyanın ən varlı adamları sıralamasında 35-ci yeri, noyabr ayında isə artıq ikinci yeri tutmuşdur. Bunun səbəbi milyarderin sahib olduğu “Tesla”nın kapitallaşmasının kəskin artması olmuşdur.

Xatırladaq ki, dünyanın ən varlı adamları reytinqi hər gün yenilənir, adətən sessiya ABŞ-ın şərq sahilinin vaxtı ilə saat 16:00-da sona çatır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)