Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb
![](https://ena.az/uploads/news/2021-02/_ena_1c0c624394a1e9a7327027293_o.jpg)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb.
ENA.az xəbər verir ki, səfər fevralın 19-da Bakıda keçirilməli olan Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin doqquzuncu üçtərəfli görüşündə iştirak məqsədilə həyata keçiriləcəkdi.
Lakin iclas Gürcüstan hökumətinin istefası səbəbindən təxirə salınıb.