Mərkəzi Bank informasiya təhlükəsizliyi üçün şirkət axtarır
1. Azərbaycan Respublikasının Mərkəzi Bankında informasiya təhlükəsizliyi lisenziyalarının satın alınması ilə bağlı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə elektron satınalma keçirir.
2. Tender proseduru 30 mart 2021-ci il saat 15.00-da Dövlət satınalmalarının (https://etender.gov.az/) vahid internet portalında (bundan sonra – portal) keçiriləcəkdir.
3. Tenderdə yalnız mikro, kiçik və orta sahibkarlıq subyektləri iştirak edə bilərlər.
4. Maraqlı şəxslər tenderdə iştirak etmək üçün Azərbaycan Respublikası Mərkəzi Bankının aşağıdakı hesabına 200 (iki yüz) manat məbləğdə iştirak haqqı ödəməklə portal vasitəsilə əsas şərtlər toplusunu əldə edə bilərlər.
Azərbaycan Respublikasının Mərkəzi Bankı
H/h- AZ25NABZ01701190000000001944
Kod- 501004
VÖEN 9900071001
M/h- AZ74NABZ01451700000000001944
S.W.I.F.T. BİK NABZAZ2C
İştirak haqqı heç bir halda geri qaytarılmır.
5. Tenderdə iştirak üçün iddiaçılar portal vasitəsilə aşağıdakı sənədləri təqdim etməlidirlər:
– iddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri;
– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
– iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq dövlət orqanından arayış;
– Azərbaycan dilində tender təklifi (tender təklifi 12 may 2021-ci il tarixədək qüvvədə olmalıdır);
– tender təklifi qiymətinin 1 faizi məbləğində bank təminatı (əsas şərtlər toplusuna əlavə edilən formada);
– iddiaçının ixtisas uyğunluğuna aid tenderin əsas şərtlər toplusunda nəzərdə tutulan digər məlumatlar.
6. İddiaçılar tender təklifini və tender təklifinin bank təminatını 29 mart 2021-ci il saat 18.00-a, digər tələb olunan sənədləri isə ən geci 12 mart 2021-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim edə bilərlər.
7. Satınalmaya başlanma vaxtı satınalma müqaviləsi imzalandığı gündəndir.
8. Lisenziyalar satınalma müqaviləsi imzalandığı gündən 20 (iyirmi) iş günü müddətində təqdim edilməlidir.
9. Qiymətləndirmə meyarı qiymət amili.
10. İddiaçılar tərəfindən tenderlə bağlı bütün sorğular və onlara aid izahatlar yalnız portal vasitəsilə verilir.
Tender prosedurunun hər bir iştirakçısı onun təklifinin açılmasını və qiymətləndirilməsini portal vasitəsilə müşahidə edə bilər.