İnşaat və əmlak

Asiyanın ən bahalı mənzili satılıb

Honkonqlu developer Viktor Liyə məxsus “CK Asset Holdings Ltd.” Honkonqdakı mənzili Asiya üzrə rekord qiymətə - 459 milyon Honkonq dollarına (59 milyon ABŞ dolları) satıb.

ENA.az “Bloomberg”ə istinadən xəbər verir ki, beş yataq otağı olan lüks mənzil 314 kvadratmetr yaşayış sahəsinə malikdir və prestijli Mid Levels rayonunda yerləşir.

Alıcının adı açıqlanmır.

Qeyd edək ki, Honkonq əmlak qiymətlərinə görə mütəmadi olaraq müxtəlif reytinqlərin zirvəsində gəlir. “Demographia” ictimai təşkilatının hesablamalarına görə, 2020-ci ildə dünyanın ən əlçatmaz mənzillərinin antireytinqində o, 11-ci olub. 2017-ci ildə elə Honkonqda Asiyada mənzil qiymətləri ilə bağlı əvvəlki rekord müəyyənləşdirilmişdi. Üstəlik, son bir ildə Honkonqda lüks mənzillərin qiymətləri kəskin şəkildə azalıb. “Jones Lang LaSalle” şirkətinin məlumatına görə, azalma illik ifadədə 8 % təşkil edib. Halbuki daha büdcəli əmlak üçün bu göstərici 1 % olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)