Smart kartların alınmasına 136 min manat xərcləyəcək
“Azərsu” ASC “A ənd J Liftinq” MMC ilə müqavilə bağlayıb.
ENA.az xəbər verir ki, müqavilədə öncədən ödənişli smart kart tipli “Elektromed” su sayğacları üçün smart kartların satınalınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 135 582 manatdır.