Bu şirkət Dövlət Neft Fondunun 2 tenderinin qalibi oldu
![](https://ena.az/uploads/news/2021-02/_ena_733515a9b69ce1036bb72e3e3_o.jpg)
Dövlət Neft Fondu eyni şirkətlə 2 müqavilə bağlayıb.
Dövlət satınalmalarının vahid internet Portalında (https://www.etender.gov.az) Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən Ümumi təyinatlı (inzibati işçilər üçün) işçi geyimlərinin satın alınması üzrə dərc edilmiş elan əsasında keçirilən kotirovka sorğusunda “AN-50” MMC qalib olmuşdur.
Qalib şirkətlə 08 fevral 2021-ci ildə müvafiq satınalma müqaviləsi imzalanmışdır.
Dövlət satınalmalarının vahid internet Portalında (https://www.etender.gov.az) Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən keçirilən elektron satınalmada (eTender) Bayraqlara və bayraq dirəklərinə texniki xidmətin (sərfiyyat materialları daxil olmaqla) satın alınması üzrə “AN-50” MMC qalib olmuşdur.
Qalib şirkətlə 03 fevral 2021-ci ildə müvafiq satınalma müqaviləsi imzalanmışdır.
Qeyd edək ki, AN-50” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Nazim Abbasovdur.