Azərbaycan iqtisadiyyatı 2,5% kiçilib
Bu ilin yanvar ayında Azərbaycanda 6 256,8 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 % az ümumi daxili məhsul istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,2 % azalıb, qeyri neft-qaz sektorunda isə 0,1 % artıb.
ÜDM istehsalının 40,6 %-i sənaye, 10,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,9 %-i tikinti, 3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,9 %-i informasiya və rabitə, 0,6 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 20,6 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,7 %-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 625,6 manata bərabər olub.