Tenderlər

“Yelo Bank” məişət texnikası və elektrik avadanlıqlarının sifarişi məqsədilə açıq tender elan edir

“Yelo Bank” ASC Yeni İnzibati Binası üçün məişət texnikası və elektrik avadanlıqlarının sifarişi məqsədilə açıq tender elan edir. 

Texniki şərtlər elana link olaraq əlavə olunur.

 

  1. Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

–    Qiymət təklifi (Zəmanət müddəti,çatdırılma müddəti və quraşdırılma daxil)

–    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

–    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

       –  Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli   

    (Lisenziyaları,sertifikatları)

  1. Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı
  • Tender təklifləri 19 Fevral 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
  • Zərflərin hər küncü möhürlənməlidir. 
  • Qiymətlər Azərbaycan manatı və vergilər daxil qeyd olunmalıdır.
  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

 

  • Ödəniş və digər şərtlər

–    Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% – ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.

–    Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.

–    Təklif qiyməti bütün vergilər daxil təsvir olunmalıdır.

–    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

–  3 Ay ərzində sifariş olunmuş texnikanın icraçı şirkətin anbarında saxlanılmasının mümkünlüyü.

–   Şərtlərdə qeyd olunan ədəd sayları son nəticə elan olunan zaman dəyişilə bilər.

–   Tender qalibinin Yelo Bankda hesab açması (Tender qalibi elan  olunduqdan sonra)

 

  • Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
  • Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
  • Ödəmə qabiliyyəti olmalı;
  • Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
  • Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
  • Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

 

  • Satınalan təşkilatın ünvanı 

Bakı ş. Puşkin küçəsi 30, AZ1010

Əlaqələndirici şəxs: 

1)Nigar Baxşiyeva 

İnzibati və Təchizat departamentinin

Aparıcı mütəxəssisi

+99412 981 daxili 1902

+9455 4577616

nbakhshiyeva@yelo.az

 

Texniki şərtlər tenderdə iştirakını təsdiqləyən şirkətlərə elektron məktub vasitəsilə göndəriləcək

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)