Peyvənd olunduqdan sonra maska taxmağa ehtiyac varmı? – TƏBİB-dən açıqlama
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) peyvənd olunduqdan sonra maska taxmağa, sosial məsafə saxlamaq lazımdırmı məsələsinə aydınlıq gətirib.
Eləcə də bax: ÜST-dən koronavirus mutasiyalarının təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
TƏBİB-dən bildirilib ki, peyvəndin təsirinin ikinci dozanın vurulmasından təxminə 2 həftə sonra başlamasını nəzərə alaraq maska taxmağa, əl gigeynasına və fiziki məsafəyə riayət etməyə mütləq əməl etməliyik.
“Çünki həmin müddətdə yuxarı tənəffüs yollarında virusu daşıya bilərik. Vaksin olunan şəxs üçün bu heç bir təhlükə yaratmasa da ətrafımızda olan və risk qrupuna aid olan insanlar üçün təhlükə mənbəyi ola bilərik”- deyə TƏBİB-dən bildirilib.