MALİYYƏ

Gürcüstanın, Azərbaycanın büdcəsindən 3 dəfə kiçik büdcəsi təsdiq edilib

Gürcüstan parlamenti 2019-cu il üçün dövlət büdcəsinin layihəsini uzun sürən müzakirələrdən sonra təsdiqləyib.

Büdcə zərfi 91 səs lehinə, 9 səs əleyhinə olmaqla təsdiq edilib. 

Gürcüstanın 2019-cu il üçün dövlət büdcəsinin həcmi 13 milyard 90 milyon laridir (təxminən 5 milyard dollar və ya 8,5 milyard manat). Bu da 2018-ci ilin büdcəsindən 600 milyon lari çoxdur. Büdcə layihəsində ən çox vəsait sosial, təhsil və səhiyyə sahələri üçün nəzərdə tutulub.
 

Xatırladaq ki, parlamentin dekabrın 12-də keçirilmiş iclasında yetərsay olmadığı üçün büdcə layihəsi təsdiq edilməmişdi.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon manat, xərcləri isə 25 milyard 190 milyon manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)