Avtomobil

Kia, Apple avtomobillərinin istehsalına hazırlaşır

Kia Motors şirkəti, müqavilə bağlanması halında Apple-ın elektrikli avtomobilini (elktromobil) ABŞ-ın Georgia ştatında istehsal etməyə hazırlaşır.

ENA.az "Dow Jones"ın korporativ xəbər xidmətinə istinadən xəbər verir ki, Kia Motors şirkəti Apple-ın elektrikli avtomobilini Georgia ştatında istehsal etmək üçün ortaqlar axtarır.

Təklif milyardlarla dollarlıq bir sərmayəni nəzərdə tutur. Razılaşma olması vəziyyətində, iPhone istehsalçısı, illər ərzində davam etmiş gizli işləri nəticəsində avtomobil sektoruna daxil olacaq.

Kia-nın ana şirkəti Hyundai keçən ay Apple ilə danışıqlar apardıqlarını açıqlamışdı, lakin Apple bunu qəbul edən bir açıqlama yaymayıb.

Apple-ın avtomobil istehsalı zavodu qurulması üçün Kia Motors şirkətinə 4 trilyon won (3,5 milyard dollar) sərmayə qoyacağı barədə xəbərdən sonra Kia Motorsun səhmləri 14,5% bahalaşmışdı.

Xəbərə görə, iki şirkətin müqaviləni 17 Fevralda imzalaması gözlənilir. İlk Apple avtomobilinin 2024-cü ildə təqdim edilməsi və illik 100 min avtomobil istehsalı hədəflənir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)