Neftin qiyməti son bir ilin maksimumunda – 59 dolları ötdü
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,41 ABŞ dolları və ya 0,73% artaraq 56,64 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,40 dollar və ya 0,68% artaraq 59,24 dollar təşkil edib.