Bank

“Yapı Kredi Bankı"ın birləşdirilmiş mənfəətində Azərbaycan filialının payı çox cüzidir

Ötən il Türkiyənin “Yapı Kredi Bankı"nın konsolidə edilmiş xalis mənfəəti 2019-cu illə müqayisədə 41 % artaraq 5,08 mlrd türk lirəsinə (710,7 mln ABŞ dolları) çatıb. “Yapı Kredi Bankı"n Azərbaycan törəməsinin builki mənfəəti isə 1 milyon 373 min manat olub. Bu isə 807 min dollar deməkdir. Deməli, Azərbaycan nümayəndəliyinin konsalidə edilmiş mənfəətdə payı 0,1% təşkil edir. 

Hesabat dövründə “Yapı Kredi Bankı"nın cəmi kredit portfelinin həcmi illik müqayisədə 23 % artaraq 281,8 mlrd lirəyə, o cümlədən türk lirəsində kreditlər 26 % artaraq 166,9 mlrd lirəyə, bankın depozit portfeli 15 % artaraq 259,3 mlrd lirəyə çatıb.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)