İlon Maskın “Starship”ı yenə partladı - VİDEO
ABŞ-ın Texas ştatının Boka-Çika poliqonunda “SpaceX” şirkətinin “Starship” raketinin növbəti sınaqları uğursuzluqla nəticələnib.
Bu barədə “HaberGlobal” xəbər yayıb.
Bildirilir ki, təkrar istifadə edilə bilən kosmik gəminin prototipi ötən dəfə olduğu kimi eniş zamanı partlayıb.
Qeyd edək ki, İlon Maskın “SpaceX” şirkəti 2012-ci ildən bəri Marsa uçuşlar üçün xüsusi kosmik gəmi hazırlayır. Bu müddət ərzində kiçik irəliləyişlər olsa da hələ ki, sınaqlar tam müvəffəqiyyətlə nəticələnməyib.
İşçi adı SN9 olan gəminin son prototipi fevralın 2-də qəzaya uğrayıb. Apparat 6 dəqiqə 26 saniyə havada qalıb və eniş edərkən partlayıb. İlkin məlumatlara görə, qəzaya səbəb mühərriklərin nasaz işləməsi olub.