Azərbaycan Beynəlxalq Bankında təyinat olub
Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, Əli Dadaşzadə Maliyyə menecmenti departamentinin direktoru vəzifəsinə təyin edilib.
O, 2021-ci ilin 1 fevralından vəzifəsinin icrasına başlayıb.
Əli Dadaşzadə 2013-cü ildə Böyük Britaniyanın Bath universitetinin “Maliyyə və mühasibatlıq” fakültəsinin bakalavr pilləsini bitirib. Elə həmin ildən etibarən Azərbaycan Beynəlxalq Bankının Maliyyə menecmenti departamentində BMHS hesabatlığı şöbəsində işə başlayıb. Sonrakı illərdə Bankda şöbə müdiri, 2019-cu ildən etibarən isə direktor müavini vəzifələrində çalışıb.
Onu da qeyd edək ki, Əli Dadaşzadə nüfuzlu Sertifikatlaşdırılmış Akkreditə edilmiş Mühasiblər Assosiasiyasının (ACCA) tamhüquqlu üzvüdür. O, həm də iqtisadi teleproqramlarda ekspert şərhləri və portallarda məqalələri ilə də tanınır.