“Səlim evə indi gəlib”- Sabiq nazirin atası
“Səlimlə səhər danışdım, dedi “hər şey yaxşıdır, evə indi gəldim””.
ENA.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında həbs xəbəri yayılan sabiq nazir Səlim Müslümovun atası Yanvar Müslümov bildirib.
Y.Müslümov oğlunun həbs olunmasını təkzib edib:
“Ola bilər harasa çağırıblar, çağırmayıblar bilmirəm, amma indi evdədir. Biz telefonda elə şeylərdən danışmırıq. Səlimin öz canı üçün dindirməyə aparıblar yoxsa yox, onu da bilmirəm. Görünür, məlumatı məqsədli şəkildə, oğlumu istəməyənlər yayıb”.
Qeyd edək ki, bu gün Unikalorg.az saytı sabiq nazirin korrupsiya faktına görə həbs olunduğu məlumatını yayıb.