Moskva və Sankt-Peterburqdan Qəbələyə reyslər açılır
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi "Azur Air" aviaşirkətinə Moskva və Sankt-Peterburqdan Azərbaycana reyslər təşkil etməyə icazə verib.
ENA.az xəbər verir ki, bu barədə qurumun məlumatında deyilir.
“Federal Hava Nəqliyyatı Agentliyinin 1 fevral tarixli qərarı ilə "Azur Air" aviaşirkətinə Moskva-Qəbələ və Sankt-Peterburq-Qəbələ reysləri üzrə uçuşlar həyata keçirməyə icazə verilib. Hər iki istiqamət üzrə reyslər həftənin hər günü baş tutacaq”, - deyə məlumatda bildirilir.