“Bakı Fond Birjası” nizamnamə kapitalını 4 dəfə artırır
“Bakı Fond Birjası” QSC-nin (BFB) nizamnamə kapitalı 3,78 milyon manat və yaxud 4 dəfə artırılaraq 1,26 milyon manatdan 5,04 milyon manata çatdırılacaq.
ENA.az xəbər verir ki, bu barədə “Report”a BFB-dəki mənbə bildirib.
Onun sözlərinə görə, kapital artımı Birjanın dövriyyədə olan 6 300 səhminin nominal dəyərinin 200 manatdan 800 manata çatdırılması çatdırılması hesabına baş tutacaq.
Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 7 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), “Bank of Baku”, "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı", “Yapı Kredi Bank Azərbaycan” və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 12 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunur.