Sosial iqtisadiyyat

DİN-in Şəxsi Heyətlə İş İdarəsinə yeni rəis təyin edilib

Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Elçin Məmmədov Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib.

DİN-in mətbuat xidmətindən təyinatla bağlı faktı təsdiqləyiblər.

Qeyd edək ki, DİN-in Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Rahib Qarayev bir müddət əvvəl xidmətdə olan son yaş həddi ilə əlaqədar işdən azad edilib

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)