Neft bahalaşır - SON QİYMƏT
![](https://ena.az/uploads/news/2021-02/_ena_cfe415aa134440b15c4212201_o.jpg)
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,55 ABŞ dolları və ya 1,03% artaraq 54,10 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,54 dollar və ya 0,96% artaraq 56,89 dollar təşkil edib.