ENA+

Niyə kitab oxumağı sevən insanların gəlir səviyyəsi daha yüksək olur?

Tədqiqatlara görə, kitab oxumağı sevən insanlar güclü yaddaş və analitik qabiliyyət ilə fərqlənirlər, eyni zamanda onlar sosial əlaqələr qurmağı daha yaxşı bacarırlar. Televizor izləməyi və sosial şəbəkələrdə oturmağı sevənlərdən fərqli olaraq, onlar daha iradəli və maliyyə cəhətdən daha uğurludurlar.

Bunun səbəbi nədir, və kitab oxumaq vərdişi qazanca necə təsir edir?

Beyinə təsir

Çoxsaylı təcrübələr zamanı mütəmadi olaraq kitab oxuyan şəxslərin yüksək səviyyədə savad və yazı bacarıqlarına sahib olduğu sübut edildi. Burada həmin kitabların janrı da rol oynayır.

Detektiv, fantaziya və ya jurnal məqalələrini sevənlərin intellekt göstəricisi akademik nəşrlərin pərəstişkarlarının göstəricilərindən qat-qat aşağıdır. Əyləncəli İnternet resurslarında olan mətnlərdə isə çox vaxt sadə yazı tərzindən istifadə edilir, buna görə də, belə mənbələrdə fayda tapmaq olduqca çətindir.

Fizioloji üstünlüklərə və məlumat zənginliyinə əlavə olaraq, oxucu öyrənir:

– Diqqəti cəmləşdirmək;

– Bilikləri təcrübədə istifadə etmək;

– Düşüncə qabiliyyəti, yaddaş və intellekti inkişaf etdirmək;

– Öz potensialını kəşf etmək üçün yeni imkanlar axtarmaq;

Kitab oxumaq vərdişi gəlir səviyyəsinə necə təsir edir?

İtaliyada University of Padua universitetinin alimləri, uşaqlıqda oxunulan kitabların sayının insanın yetkinlik dövründəki müvəffəqiyyət səviyyəsinə təsir etdiyini müəyyən ediblər. Oxumuş uşaqlar məktəb və universitetdə daha yaxşı nəticələr göstərirlər, habelə həmyaşıdları ilə müqayisədə onların ünsiyyət qurmaqla çətinlikləri daha az olur.

Əlbəttə ki, hər şey yalnız kitab oxumaqdan asılı deyil. İnsanın müvəffəqiyyətli olub-olmayacağına təsir göstərən amillərdən biri də onun düşüncə və həyat tərzidir.

Oxumağa laqeyd olan insanların hər şeyə səthi yanaşmaları müəyyən edilmişdir. Qeyd edildiyi kimi, bu insanlar məqsədyönlü olmadıqları üçün həyatda daha az uğurlu olurlar. Bunu ətraflı şəkildə təhlil etdiyimiz fərdi keyfiyyətlər ilə izah etmək olar.

Şəxsi rahatlıq və lüks həyata qarşı sevgi

Kitabsevərlər yaxşı işıqlandırma, rahat mebel və ləzzətli çay kimi xırdalıqlara qarşı həssas olurlar. Onlar rahatlığa dəyər verirlər, buna görə də özlərini bahalı və keyfiyyətli əşyalarla təmin etməyə çalışırlar. Bunun üçün belə insanlar gəlirləri artırmağın yollarını və yeni mənbələrini axtarmağa hazırdırlar.

Başqalarının müsbət qavrayışı

Kitab oxumağı sevən insanlar geniş söz ehtiyatına malik olmaqla yanaşı, sosial şəbəkələr və televizordan informasiya alanlarla müqayisədə baş verən hadisələrdən daha məlumatlı olurlar.

Bundan əlavə, onlarla ünsiyyət qurmaq daha xoşdur. Və bu, kommunikasiya ilə əlaqəli olan məsələlərdə çox vacibdir.

Yaradıcılığa meyllilik

Yaradıcılıq hər hansı bir işdə uğur qazanmağın əsas şərtlərindən biridir. Kitab oxuyaraq, insan yeni məlumat əldə edir və təxəyyülünü inkişaf etdirmiş olur. Bu, yeni maraqlı ideyaların ortaya çıxmasına səbəb ola bilər, həm də fərdin fəaliyyət sahəsinə yeniliklər gətirir ki, bu da tez-tez maliyyə gəlirləri ilə müşayiət olunur.

Səbir və dözüm

Kitab oxumaq kifayət qədər böyük vaxt tələb edir. Məşğul insanlara bir kitabı bitirmək üçün bəzən həftələr lazımdır. Düzdür, eyni kitabı cəmi bir neçə saata bitirə bilən insanlar da var.

Hər iki halda səbirli və güclü olmaq lazımdır. Onlar pul da daxil olmaqla bir çox problemlərin öhdəsindən gəlməyə kömək edirlər.

Öyrənmək arzusu

Kitab oxuyaraq biz daha çox nəzəri biliklər və həyatda tətbiq edə biləcəyimiz dərslər alırıq. Müvəffəqiyyətli insanların əksəriyyəti mütəmadi olaraq kitablardan aşağıdakı sahələr haqqında məlumat əldə etmək üçün istifadə edirlər:

– Biznes

– Texnika

– Maliyyə, insanlar və s. idarə edilməsi

Bu, şəxsi qabiliyyəti inkişaf etdirməyə və müvafiq olaraq daha çox qazanc əldə etməyə imkan verir.

Ümid edirik ki, bu məlumatlar sizin üçün faydalı olacaq.  Oxuyun, bacarıqlarınızı artırın, yeni fikirlər ortaya qoyun və bu mütləq sizin rifahınıza müsbət təsir göstərəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)