Dünyanın ən böyük dizel mühərriki zavodu elektrik mühərriki istehsalına başlayır
Getdikcə daha çox avtomobil istehsalçısı, elektrikli avtomobillərə keçərək daxili yanma mühərriklərinin istifadəsini ləğv edir.
ENA.az Türkiyə Mediasına istinadən xəbər verir ki, bu vəziyyətə paralel olaraq, dünyanın ən böyük dizel mühərriki zavodu elektrikli motor istehsalına keçəcəyini açıqlayıb.
Söhbət Tremery şəhərində (Fransa) yerləşən Peugeot Citroen PSA fabrikindən gedir. Bu il şirkətin 180.000 elektrik mühərriki istehsal edəcəyi gözlənilir ki, bu da 2020-dən iki dəfə çoxdur. Bundan əlavə, 2025-ci ilə qədər istehsal olunan elektrik mühərriklərinin həcmi daxili yanma mühərriklərindən iki dəfə çox, ildə 900.000 ədədə çatdırılacaq. Belə olduqda fabrik daxili yanma mühərriklərindən daha çox elektrik mühərriki istehsal edəcək.