Sənaye

Dünya birjalarında - NEFTİN QİYMƏTİ

Dünya birjalarında neftin qiyməti artıb.

ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,17 ABŞ dolları və ya 0,33% artaraq 52,37 dollar təşkil edib.

ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,30 dollar və ya 0,55% artaraq 55,34 dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department