TURİZM

Agentlik 6 ölkədə nümayəndəlik açır

Dövlət Turizm Agentliyindən "BI"yə daxil olan məlumata görə, imzalanmış müqaviləyə əsasən “Travel Consul Agency Network Worldwide” şirkəti dünya üzrə fəaliyyət göstərən bölmələri vasitəsilə 6 ölkə üzrə Azərbaycanın rəsmi turizm nümayəndəlik ofislərinin açılması hüququnu əldə edib.

Almaniyanın Frankfurt (Lieb Management & Beteiligungs GmbH), BƏƏ-nin Dubay (Gulf Reps Ltd), Səudiyyə Ərəbistanın Ər-Riyad (Gulf Reps Ltd), Çinin Pekin (Brand story Inc Pte Ltd), Hindistanın Mumbay (Blue Square Consultants, a division of Ezeego One Travel & Tours Limited), Rusiyanın Moskva (Tourism Marketing & Intelligence Ltd) şəhərlərində fəaliyyətə başlayacaq nümayəndəliklər ölkənin xaricdə daha çox tanıdılmasına nail olmaq, hədəf bazarlardan turist axınını artırmaq, ümumilikdə ölkədə turizmin inkişafına dəstək vermək məqsədini daşıyır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department