Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Türkiyə Mərkəzi Bankının (TCMB) Cümə axşamı günkü iclasının ardından verilən məlumata görə, bank pul siyasəti faizində dəyişikliyə getməyib.
"BI" xəbər verir ki, TCMB faizi 24% səviyyəsində sabit saxlayıb. İqtisadçılar da faiz nisbətlərində bir dəyişiklik gözləmirdi.
Mərkəzi Bankın Sentyabr ayında keçirdiyi toplantısında siyasət faizi 17.75%-dən 24%-ə yüksəldilmişdi.
Mərkəzi Bankın açıqlamasından sonra Lirə bahalaşıb. Dollar/Lirə məzənnəsi 0,6% düşərək 5.31 səviyyələrinə geriləyib (saat 15:05-ə olan məlumat)