Vilayət Eyvazov polis bölməsinin rəisini vəzifədən azad etdi
Bakıda polis bölməsinin rəisi işdən çıxarılıb.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı İman Mehdiyev vəzifədən azad edilərək sərəncama göndərilib.
Həmin vəzifəyə hələlik təyinat yoxdur.
Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber