MALİYYƏ

Dünya ölkələrinin dövlət borcu qlobal ÜDM-in 98 %-nə çatıb

Ötən ilin oktyabr ayından bəri qlobal maliyyə dəstək paketinin həcmi 2,2 trilyon ABŞ dolları və ya 18,6 % artaraq 14 trilyon ABŞ dollara çatıb.

ENA.az xəbər veirr ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) “Maliyyə Monitorinqi Hesabatı”nda bildirilib.

Sənədə əsasən, qlobal maliyyə dəstəyinin insan həyatının və dolanışıq mənbəyinin xilas olmasına kömək etdiyi, pandemiyanın istehlak və istehsal üzərində təsirlərini azaltdığı vurğulanıb.

“Gəlirlərin azalmasına səbəb olan iqtisadi daralma ilə birlikdə maliyyə dəstəyinin dövlət borclarında və kəsirlərdə artım yaratdığına diqqət çəkən hesabatda, qlobal dövlət borcunun 2020-ci ilin sonuna qədər ümumi daxili məhsulun (ÜDM) 98 %-i səviyyəsinə çatdığı təxmin edilir. Bu nisbət, 2019-cu ilin oktyabrında dərc olunan "Maliyyə Monitorinqi Hesabatı"nda 84 % olmuşdu”, - deyə hesabatda bildirilib.

Müalicə və peyvəndlərə əlçatanlıq üzrə qlobal əməkdaşlığın əhəmiyyəti vurğulanan hesabatda: “Müdafiəsiz ailələr və müəssisələr üçün maliyyə dəstəyin, bərpa sağlam şəkildə həyata keçənə qədər uyğun şəkildə təmin edilməlidir.

Maliyyə siyasətinin maliyyə və maliyyələşdirmə risklərini idarə edərkən, davamlı bərpanın dəstəklənməsi, yaşıl, rəqəmsal və əhatəli bir iqtisadiyyata keçidi asanlaşdırmalıdır”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)