ENA+

Qazaxıstan Latın əlifbasına keçdi – FOTO

Qazaxıstanın Baş naziri Askar Maminin sədrliyi ilə yeni əlifba ilə əlaqədar Milli Komissiyanın iclası keçirilib.

İclasda Qazaxıstan mütəxəssisləri tərəfindən hazırlanan yeni Latın əlifbası təqdim edilib.

Bununla da Qazaxıstan 42 hərfdən ibarət olan və 80 ildir istifadə olunan kiril əlifbasından imtina edərək, 31 hərfdən ibarət Latın əlifbasına keçəcək.

Qazaxıstanda ölkə emblemindən tutmuş dərsliklərə qədər hər sahədə yeni əlifbanın tətbiqi ilə bağlı bütün rəsmi prosesin 2025-ci ilə qədər tamamlanması planlaşdırılır.

Qeyd edək ki, Qazaxıstanda 1929-1940-cı illər arasında Latın əlifbası istifadə edilib və daha sonra kiril əlifbasına keçilib.

Xatırladaq ki, 2017-ci ildə Qazaxıstanın qurucu Prezidenti Nursultan Nazarbayev ölkə daxilində istifadə olunan kiril əlifbasından Latın əlifbasına keçmək üçün Milli Komissiyanın yaradılmasına göstəriş vermişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)