Bank

Pandemiya ilini bank sektoru necə başa vurdu?

31 dekabr 2020-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 32 milyard 55,3 milyon manat təşkil edir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

Xəbər verildiyi kimi, 1 yanvar 2020-ci il tarixinə bankların aktivləri 32 milyard 722,8 milyon manat məbləğində olub. Beləliklə, 2020-ci ildə bankların aktivləri 2% azalıb. 

2020-ci ilin dekabr ayında bankların aktivləri 1 milyard 312,3 milyon manat və ya 4,3% artıb.

2020-ci ilin sonuna bankların kredit portfeli 14 milyard 157 milyon manat (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 5%) təşkil edir.

2020-ci il dekabrın 31-nə Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 699,2 milyon manat (artım 2,5% - İF) təşkil edir.

2020-ci ilin sonuna bankların öhdəlikləri 27 milyard 356,1 milyon manata (azalma 2,8%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 374,4 milyon manat məbləğində (artım 14,8%) qiymətləndirilir. 2021-ci ilin əvvəlinə banklarda depozit portfeli 20 milyard 722,9 milyon manat (azalma 2,8%), o cümlədən, əhalinin əmanətləri 8 milyard 44,7 milyon manat (azalma 5,4%) təşkil edir.

Tənzimləyicinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda bankların ümumi xalis mənfəəti 567,8 milyon manat təşkil edib (2019-cu illə müqayisədə artım 5,6%).

2020-ci il ərzində bankların faiz gəlirləri 1 milyard 920,5 milyon manat, o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 519,5 milyon manat təşkil edib.

Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 672,1 milyon manat məbləğində olub (azalma 7,1%).

Bu dövrdə bankların faiz xərcləri 492,5 milyon manat (azalma 10,1%), o cümlədən depozitlər üzrə 312,9 milyon manat, qeyri-faiz xərcləri 1 milyard 236,5 milyon manat təşkil edib (artım 2,6%).

2020-ci ilin yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 803,7 milyon manat təşkil edib (azalma 5,3%).

2020-ci ildə bankların vergi ödənilənədək ümumi mənfəəti 733,3 milyon manat məbləğində qiymətləndirilir (artım 5,8%), hesabat dövründə mənfəət vergisi üzrə ödənişlər 165,5 milyon manat təşkil edib (artım 6%).

31 dekabr 2020-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.

2020-ci ilin sonuna bankların 455 filialı (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 10,6%) və 109 şöbəsi (azalma 18%) var.

Azərbaycanın bank sektorunda 18,708 min nəfər (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə azalma 3,9% - İF) çalışır

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department