Vakansiyalar

Mars Overseas Baku işçi axtarır - MAAŞ 1500 MANAT

“Mars Overseas Baku LTD” Ərazi satış meneceri vakansiyası üzrə işçi qəbul edir.

İş yeri: Cənub bölgəsi və İmişli-Salyan bölgəsi

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Vəzifə öhdəlikləri:

- Distribyutorların Müştəri bazasını təhlil edir;
- Distribyutorların işinə nəzarət edir və onları idarə edir;
- Distribyutorların ərazi satışların artırmaq üçün müxtəlif inovasiyaları həyata keçirir;
- Distribyutorların işlərini qiymətləndirmək məqsədi ilə müvafiq ölçü meyarları tərtib edir və qiymətləndirməni həyata keçirir;
- Distribyutorlar ilə operativ məlumat mübadiləsi prosesini təşkil edir və həyata keçirir;
- Distribyutorlar üzrə məlumat bazasını aparır;
- Distribyutorların Satış komandalarının işlərini koordinasiya edir;
- Malların rəflərdə Şirkətin prinsiplərinə uyğun olaraq düzülüşünə nəzarət edir;
- Distribyutorların satışlarına, anbar qalığına və şirkətə olan borclara nəzarət edir;
- Müştərilərə verilən soyuducuların sayına və hansı müştərilərdə olmasına nəzarət edir, soyuducularda yaranan nasazlıqları müəyyən edir və Rəhbərliyə vaxtlı-vaxtında məlumat verir;
- Müştərilərin alqı-satqı müqavilələr üzrə olan öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməklərinə nəzarət edir:
  • Onlar tərəfindən yerinə yetirilmədikləri öhdəliklərin səbəblərini müəyyən edir;
  • Həmin problemlərin aradan qaldırılmasını və gələcəkdə təkrarlanmamasını təmin edir;
  • Rəhbərliyin digər birdəfəlik xidməti tapşırıqlarını yerinə yetirir və bu haqqda Rəhbərliyə hesabat verir.

Tələblər:

- Ali təhsil
- Müvafiq sahədə minimum 3 il
- Azərbaycan dili,Rus dili arzuolunan
- Komanda ilə işləmə bacarığı
- Analitik düşüncə

Əlavə İmtiyazlar:

Yancaqla, amortizasiya və nömrə ilə təmin olunur

Əmək haqqı : 1500 AZN + Bonus

Müarciət etmək üçün vakansiya başlığına “Ərazi satış meneceri” qeyd etməklə Career@totalbeverage.group üvanına CV-nizi göndərə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department