Hadisə

Sabiq nazir Ramin Quluzadə hansı vəzifəyə gedir?

Bu gün prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən Azərbaycanın keçmiş nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Prezident Aparatında vəzifəyə getməsi barədə məlumatlar var. 

ENA.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, Ramin Quluzadə  Prezident Aparatının İşlər İdarəsinin rəhbəri vəzifəsinə gedəcək. Onun bu vəzifədə 70 yaşlı Oqtay Qəşəm oğlu Şahbazovu əvəz edəcəyi bildirilir.

Qeyd edək ki, Ramin Quluzadə 2005–2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərib. 2015−2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsini icra edib. 2016–2017-ci illərdə prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib. 2017-ci il fevralın 13-də nazirliyin adı dəyişərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi olub. 0, 2021-ci ilin yanvarın 25-də nazir vəzifəsindən azad edilib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)