"Qazprombank": Bu, Azərbaycan manatının məzənnəsinin sabit qalmasına şərait yaradır
Rusiyanın "Qazprombank" şirkətinin analitiklərinin fikrincə, Azərbaycan MDB ölkələri arasında beynəlxalq ehtiyatlarla təmin olunan ölkələrdən biri olaraq qalır.
“Avqustun ortalarında dövlət büdcəsinə transfertdə 7,5% artaraq 12,2 milyard manata (7,2 milyard dollar) çatmasına baxmayaraq, pandemiya fonunda Dövlət Neft Fondunun aktivləri 2020-ci ilin sonuna qədər 0,6% artdı. Beləliklə, xarici böhran amillərinə baxmayaraq, Azərbaycan MDB ölkələri arasında beynəlxalq ehtiyatları ilə təminatlı ölkələrdən biri olaraq qalır. Azərbaycanın məcmu qızıl və valyuta ehtiyatları 2020-ci ilin sonuna qədər 50 milyard dollar təşkil etdi", deyə bildirilir.
GPB qeyd edir ki, beynəlxalq ehtiyatların kifayət qədər yüksək olması neft şokları da daxil olmaqla, təkrarlanan xarici təsirlər zamanı Azərbaycan manatının məzənnəsinin sabit qalmasına şərait yaradır.
GPB analitiklərinin fikrincə, SOFAZ aktivlərinin 2020-ci ildə qorunub saxlanmasını Mərkəzi Bankın və Azərbaycan hökumətinin kommunikasiya siyasəti asanlaşdırdı ki, bu da pandemiyanın ilkin mərhələsində ev təsərrüfatlarının xarici valyutaya olan tələbini normallaşdırmağa imkan verdi.
"Əlavə olaraq, karbohidrogen bazarındakı bərpa tendensiyası və klinik sınaqların müsbət nəticələri ilə əlaqəli nikbinlik və COVID-19-a qarşı peyvəndləmənin başlanması aktivlərin qorunmasına kömək etdi", deyə qeyd olunur.