BİZNES

İqtisadiyyat nazirinin bu vəzifələri maraq toqquşması yaradır

İqtisadiyyat naziri Mikayıl Cabbarovun çoxsaylı vəzifələri arasında artıq maraq toqquşması halları yaranıb. ENA.az xəbər verir ki, M.Cabbarov hazırda həm də Tarif Şurasının, eləcə də SOCAR-ın Müşahidə Şurasının rəhbəridir. Məhz burada maraq toqquşması yaranır.

İqtisadçı Samir Əliyevin açıqlamasına görə, bir qayda olaraq qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətləri göstərən və ya malları satan qurumlar qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət edəndə artım istəyini əsaslandırırlar və Şura da tərəfsiz olaraq qərar verir.

Məsələn, bir neçə həftə SOCAR-ın müraciətinə mənfi cavab verərək təbii qazın bahalaşmasına icazə verməmişdi. Yəni xüsusi zərurət olmasa, siyasi rəhbərliyin razılığı olmasa qiymət artımına razı olmur.

Bəs indi? SOCAR yanacağın və ya təbii qazın qiymətinin artırılması ilə bağlı Tarif Şurasına müraciət edəndə ona maneə olacaqmı? Çünki hər iki qurumun rəhbəri eyni şəxsdir. Buna isə maraqların toqquşması deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)