Avtomobil

Beşqapılı niva satişa çıxarıldı

Rusiyanın “AvtoVAZ” şirkəti “Black” seriyasında yeni “Lada Niva Legend” beşqapılı avtomobilini satışa çıxarıb.

Avtomobilin dizaynı əvvəlkilərdən qara rəngə daha çox üstünlük verilməsi ilə fərqlənir. Yeni “Lada Niva Legend” avtomobilinin qiyməti 729 min rubldan (təxminən 16 580 manat) başlayır.

Qeyd edək ki, “Black” seriyasına “Vesta”, “Xray” avtomobillərinin kross variantları, eləcə də “Lada Niva Legend”in üçqapılı variantı daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)