TURİZM

Gürcüstan bütün istiqamətlərə aviareysləri bərpa edir

Fevralın 1-dən Gürcüstanda bütün istiqamətlər üzrə müntəzəm aviareyslər bərpa olunacaq.

Bu barədə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.

Nazirin sözlərinə görə, uçuşlar bütün tibbi protokol qaydalarına riayət olunmaqla həyata keçiriləcək: “Qərara əsasən, Gürcüstanda fəaliyyət göstərən və fəaliyyətini davam etdirən, həmçinin aviasiya bazarına daxil olmaq arzusunda olan bütün aviaşirkətlər müntəzəm uçuşlar təyin edə biləcəklər”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)