Bu cərimələrə xitam veriləcək
Şəxsin təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xəta ilə bağlı icraata xitam veriləcək.
Eləcə də bax: Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək
“ENA” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir.
Yeni 53.2-ci maddəyə görə, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir.
Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber