BİZNES

“PAŞA Holdinq” “Azərşəkər”in nizamnamə kapitalını artırıb

“PAŞA Holdinq” MMC-yə məxsus “Azərşəkər” MMC-nin nizamnamə kapitalı 900 min manat və yaxud 2,75% artırılıb.

ENA.az xəbər verir ki, şirkətin kapitalı 32,7 milyon manatdan 33,6 milyon manata çatdırılıb.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur.

Bizi Telegram-dan izləyin! https://t.me/s/enaxeber

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)