Sənaye

“Audi” və FAW elektromobil istehsalına başlayır

“Volkswagen” qrupuna daxil olan Almaniyanın “Audi AG” şirkəti, Çinin FAW şirkəti və Çançun şəhərinin administrasiyası elektromobillərin istehsalı üzrə birgə layihənin həyata keçirilməsinə dair bir saziş imzalayıb.

“ENA” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Elektrikli nəqliyyat vasitələrinin istehsalının 2024-cü ildə Çançun avtomobil zavodunda başlanması gözlənilir. Zavodun tikintisinə 30 milyard yuandan (4,62 milyard ABŞ dolları) çox pul lazımdır.

“Audi” avtokonserni indiyədək Çin bazarına təxminən 7 milyon avtomobil tədarük edib. FAW-Audi müştərək müəssisəsi 2020-ci ildə Çinin materik hissəsində 726 288 avtomobil satıb ki, bu da “Audi”nin Çin bazarındakı 30 illik fəaliyyəti ərzində rekord göstəricidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)